II-XI sinif şagirdlərinin qiymətləndirilməsi distant formada aparılır - Təhsil Nazirliyi
Birinci sinif şagirdlərinin summativ qiymətləndirilməsi aparılmayacaq.
Təhsil Nazirliyinin "Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti qaydaları"nda bildirilib.
II-XI sinif şagirdlərinin qiymətləndirilməsi fənni tədris edən müəllim tərəfindən distant formada aparılır. Qiymətləndirmə 100 ballıq şkala ilə ölçülür.