Ordumuzun daha bir amansız qisası: yenə yüzlərlə düşmən əsgəri havaya uçdu
Müdafiə Nazirliyi az əvvəl qəhrəman ordumuzun döyüş meydanında düşməndən Gəncədə törətdiyi vəhşi cinayətə görə necə amansız qisas aldığına və onu sarsıdıcı itkilərə məruz qoyduğuna dair sensasion videokadrlar yayıb. Kadrlarda cəbhənin müxtəlif istiqamətlərində düşmənin çoxsaylı canlı qüvvə cəmləşmiş döyüş mövqelərinə, canlı qüvvə və sursat daşıyan avtomobillərinə sərrast zərbələrin endirilməsi əks olunur. Adi gözlə də görünür ki, həmin zərbələr nəticəsində düşmənin itkiləri yüzlərlə ölçülür. Kadrları təqdim edirik:(virtualaz.org)