Azərbaycan mülki şəxsləri müdafiə etmək və Ermənistanı sülhə məcbur etmək üçün legitim hərbi hədəflərə qarşı tədbirlər görmək hüququnu saxlayır.
Nyus.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev öz "Twitter" hesabında bildirib.
H.Hacıyev bildirib: "Ermənistanın Gəncə şəhərinin əhalinin sıx məskunlaşdığı ərazilərə raket zərbələrinin nəticələri. Azərbaycan mülki şəxsləri müdafiə etmək və Ermənistanı sülhə məcbur etmək üçün legitim hərbi hədəflərə qarşı tədbirlər görmək hüququnu saxlayır. 4 yeni raket Gəncəyə düşüb". (milli.az)
Nyus.Az