İyulun 29-da İsmayıllıda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışı olub.
Virtualaz.org bildirir ki, Prezident İlham Əliyev açılışda iştirak edib.
Bu gün həm də İsmayıllı rayonunun Muğanlı-İsmayıllı (30 km)-Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolu (8 km) yenidənqurmadan sonra istifadəyə verilib.
Azərbaycan Prezidenti yolun açılışında da iştirak edib.
Tədbir çərçivəsində Qaraməryəm-İsmayıllı-Şəki (27 km)-Quşencə-Zoğallıq avtomobil yolunun da təqdimatı olub.
***11:34
İyulun 29-da Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlinin qoyulması mərasimində iştirak edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına Mərkəz barədə məlumat verib.
Prezident İlham Əliyev Mərkəzin təməlini qoyub.
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 29-da İsmayıllı rayonuna səfər edib.
Virtualaz.org bildirir ki, dövlət başçımız xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Prezident yolüstü Bakı-Şamaxı-Muğanlı-İsmayıllı–Qəbələ avtomobil yolunun 131,5-ci kilometrindən 215-ci kilometrinə qədər olan hissəsinin yenidən qurulması layihəsi ilə tanış olub.
Dövlətimizin başçısına layihə üzrə görüləcək işlər barədə məlumat verilib.