Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Nyus.Az Trend-ə istinadən bildirir ki, iyunun 18-də qızılın qiyməti iyunun 14-ü ilə müqayisədə 5,066 manat azalaraq 1 unsiya üçün 2281,3745 manat təşkil edib.
Gümüş 0,1298 manat ucuzlaşaraq 1 unsiya üçün 25,2642 manata bərabər olub.
Platinin qiyməti 35,8445 manat azalaraq 1347,5475 manat, palladiumun qiyməti isə 21,1225 manat artaraq 2486,3435 manat təşkil edib.
Ad
18.06.2019
14.06.2019
Qızıl
XAU
2281.3745
2286.4405
Gümüş
XAG
25.2642
25.394
Platin
XPT
1347.5475
1383.392
Palladium
XPD
2486.3435
2465.221
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
Nyus.Az