Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Nyus.Az Trend-ə istinadən bildirir ki, mayın 17-də qızılın qiyməti mayın 16-ı ilə müqayisədə 17,034 manat azalaraq 1 unsiya üçün 2187,05 manat təşkil edib.
Gümüş 0,4213 manat ucuzlaşaraq 1 unsiya üçün 24,7221 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 27,302 manat azalaraq 1412,207 manat, palladiumun qiyməti isə 9,707 manat azalaraq 2262, 6575 manat təşkil edib.
Ad
17.05.2019
16.05.2019
Qızıl
XAU
2187.05
2204.084
Gümüş
XAG
24.7221
25.1434
Platin
XPT
1412.207
1439.509
Palladium
XPD
2262.6575
2272.3645
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
Nyus.Az