Şəmkir rayonunda 5 otaqlı ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Abbaslı kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 100 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Nyus.Az