Bakıda 42 yaşlı kişi dezinfeksiya spirti içib öldü
Bakı sakini dezinfeksiyaedici məhluldan zəhərlənib.
Nyus.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda baş verib.
Belə ki, Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Dmitriy Anatolyeviç Paxlov yaşadığı evdə etil spirti içib. Spirtdən zəhərlənən D.Paxlovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.