Bakı şəhər sakininin avtomobilindən 1200 manat dəyərində telefon oğurlanıb.
Nyus.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov küçəsində qeydə alınıb.
Naməlum şəxs səhər sakini A.D-ya məxsus "Azsamand" markalı avtomobildən 1200 manat dəyərində mobil telefonu oğurlayıb.
Faktla bağlı araşdırma aparılır, hazırda oğurluğu törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Nyus.Az