Türkiyənin Kırıkkale rayonunda 4 mərtəbəli binada partlayış baş verib.
Partlayış nəticəsində 10 nəfər yaralanıb. Hadisə rayonun Kurtuluş məhəlləsində baş verib. Məlumata görə, qaz sızması nəticəsində baş verən partlayışdan sonra binanın iki mərtəbəsi və yaxınlıqdakı 7 avtomobil yararsız hala düşüb, ətrafdakı binalara ciddi ziyan dəyib. Hadisə yerinə çağırılan yanğınsöndürənlər partlayışdan sonra meydana gələn yanğını söndürüblər.
Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara çatdırılıb. Onlardan ikisinin vəziyyəti ağırdır.
Musavat.com