Yunanıstan sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Yerli vaxtla saat 01:44-də qeydə alınan yeraltı təkanların episentri Arqostolion şəhərindən 45 km cənub-qərbdə, ocağı isə 80 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.