Oğlunu çemodanda təyyarəyə mindirmək istəyən ata məhkəmədə bəraət alıb.
Fil Dişi Sahili vətəndaşı 45 yaşlı Əli Ouattara 2015-ci ildə İspaniyanın Cənubi Afrikadakı torpağı olan Seuta şəhərində saxlanılmışdı. O, insan qaçaqçılığında ittiham olunurdu. Belə ki, əvvəllər müəllim olan Əli Ouattara 8 yaşlı oğlunu çemodanda təyyarəyə mindirmək istəyib. "X-ray" cihazı isə çemodanda insan olduğunu üzə çıxarıb.
Məhkəmə onun insan qaçaqçısı olmadığına qərar verib. O, miqrasiya qanununu pozmaqda günahlandırılıb və 94 avro ödəyərək azad edilib.
Musavat.com