Yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Ağcabədi rayon sakini, 32 yaşlı Tural Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi başlayacaq.
Virtualaz.org-un xəbərinə görə, cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb, iş məhkəmə baxışına göndərilib. Cinayət hadisəsi bu il avqustun 13-də Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində baş verib. Qəsəbədəki J-70 adlı ərazidə kirayədə yaşayan 44 yaşlı Bislan Bakayevin mənzildən tapılıb. Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı B.Bakayevin öldürülməsində şübhəli bilinən T.Muxtarov tutulub. İlkin dindirmə zamanı T.Muxtarov qətlin şəxsi münasibətlər zəminində baş verdiyini bildirib. T.Muxtarova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adamöldürmə) maddəsi ilə ittiham verilib. Bislan Bakayev Rusiya Federasiyası Çeçenistan Respublikasının vətəndaşıdır.
Nyus.Az