Nyus.Az Trend-ə istinadən bildirir ki, hadisə bu gün səhər saatlarında Saatlı rayonunun Hacıqasımlı kəndinin ərazisindən keçən hissəsində baş verib.
Rayon ərazisindən dəmir yolunun keçdiyi yerin qorunmayan hissəsində "VAZ-2106" markalı avtomobil dəmir yoluna çıxıb. Nəticədə qatar avtomobili vurub. Qəza nəticəsində "VAZ 2106" markalı avtomobildə olan sürücü dünyasını dəyişib, sərnişin isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.