Hacıqabulda minik maşınları toqquşdu, ər-arvad xəsarət aldı
Hacıqabulda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Nyus.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsi ərazisində qeydə alınıb.
"Mercedes" markalı avtomobil başqa minik maşını ilə toqquşub. Qəza nəticəsində Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Əliyeva Fiqurə Xanəli qızı və onun həyat yoldaşı, 1961-ci il təvəllüdlü İbrahimov Sabiq İbrahim oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.