Mingəçevir şəhər sakini benzindən zəhərlənib.
"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində yerləşən 8 saylı binada baş verib.
1984-cü il təvəllüdlü yerli sakin V.Mustafayev benzin içərək zəhərlənib. Xəstə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
O, benzini qonşusunun məsləhəti ilə qurd xəstəliyindən xilas olmaq üçün içib.
V.Mustafayev hazırda müalicəsini davam etdirir.