Gəncə şəhərində yol qəzası baş verib.
Hadisə Yeni Gəncə qəsəbəsində qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1970-ci il təvəllüdlü Əfqan Allahverdiyev xəsarət alıb. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılan yaralının vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. (report)
Nyus.Az