05.08.2019
07:41
"Sədərək" ticarət mərkəzindəki yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Bakı şəhərinin Qaradağ rayonunda "Sədərək" ticarət mərkəzinin ərazisində anbarlardan birində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
----------------
04.08.2019
21:21
Bakı şəhərinin Qaradağ rayonunda "Sədərək" ticarət mərkəzinin ərazisində anbarlardan birində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində məhdudlaşdırılıb.
Nazirlikdən Milli.Az-a verilən məlumata görə, hazırda yanğınsöndürmə işləri davam etdirilir.
---------
18:57
"Sədərək" Ticarət Mərkəzində yanğın parfümeriya mağazasında başlayıb.
Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin texnikası və canlı qüvvəsi cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
yanğın daha sonra müxtəlif malların saxlandığı anbara keçib.
Hazırda anbarda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
---------
17:13
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonunda "Sədərək" ticarət mərkəzinə məxsus anbarlardan birində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Milli.Az-a verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
Nyus.Az