Bərdə rayonunda yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.
İlkin məlumata əsasən, rayon mərkəzində bir-birinə bitişik mağazalar yanıb.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
Nyus.Az