Güclü külək paytaxtda bir sıra fəsadlar törədib.
Nyus.Az "Report"a istinadən xəbər verir ki, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, 32 ünvanında ağac küləyin gücündən həyətdəki iki avtomobilin üstünə aşıb. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.
Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Nyus.Az