[media=https://www.youtube.com/watch?v=EdaiglIThZE&feature=youtu.be]
Türkiyənin Marmaris və Şırnak şəhərləri arasında hərəkətdə olan sərnişin avtobusu yanıb.
virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hadisə baş verən zaman avtobusda 25 sərnişin olub.
Yanğının başladığını görən sürücü avtobusu yoldan kənara çəkərək sərnişinləri düşürüb.
Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb edilib.
Yanğının başvermə səbəbi hələlik məlum deyil.
Nyus.Az