Gəncə şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report"un məlumatına görə, şəhərin Şah İsmayıl Xətai prospektində Hikmət Abbaslının idarə etdiyi "Mercedes" markalı avtomobillə Vüsal Mamedovun sükanı arxasında olduğu "Zaporojets" markalı avtomobilin toqquşması nəticəsində 9 aylıq və 7 yaşlı uşaqlar xəsarət alıb.
Hər ikisi Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Nyus.Az