Almaniyanın Leypsiq şəhəri yaxınlığında "Flixbus" daşıyıcısına məxsus şəhərlərarası hərəkət edən avtobus aşıb.
Trend-in "Bild" qəzetinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində bir nəfər həlak olub, onlarla insan yaralanıb. Xəsarət alanlardan 5-nin vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edilir ki, avtobusda 74 sərnişin olub. Qəzanın səbəbi hələ ki bildirilmir.
Hadisə yerində xilasedicilər işləyir, xəsarət alanları helikopterlər vasitəsilə xəstəxanalara çatdırırlar.
Nyus.Az