Cəlilabadda 72 yaşlı qadın qızları və nəvələri tərəfindən döyülüb. Hadisə axşam saatlarında rayonun Maşlıq kəndində qeydə alınıb.
Nyus.Az oxu.az-a istinadən bildirir ki, kənd sakini 1947-ci il təvəllüdlü Əzəmət Nüsrət qızı Məhərrəmova qızları və nəvələri tərəfindən zorakılığa məruz qalıb.
Doğmaları tərəfindən döyülən 72 yaşlı qadın müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Nyus.Az