Gəncə sakini avtovağzalda yıxılaraq ölüb.
Nyus.Az “Qafqazinfo”a istinadən xəbər verir ki, 1956-cı il təvəllüdlü şəhər sakini Hüseynov Ramiz Nizami oğlu avtovağzalda yıxılıb.
Ona ilkin tibbi yardım göstərilib və xəstəxanaya aparılarkən yolda keçinib.
Faktla bağlı araşdırma aparılır.
Nyus.Az