Bərdə rayonunun Divanlı kəndində ümumi sahəsi 68 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 48 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Nyus.Az-a verilən məlumata görə, evin qalan hissəsi və bitişik tövlə yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Nyus.Az