Hacıqabul RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Hacıqabul rayonu Rəncbər kənd sakini Əlikram Məmmədov saxlanılıb.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan virtualaz.org-un yerli bürosuna verilən məlumata görə, onun üzərinə baxış zamanı ümumi çəkisi 1,095 qram, yaşadığı fərdi evdən axtarış zamanı isə ümumi çəkisi 260 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
RPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qarasu kənd sakini Nicat Abdullayevdən 1 ədəd müvafiq sənədləri olmayan “TULA” markalı qoşalülə ov silahı və silah üçün nəzərdə tutulan 2 ədəd patron da aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.
Emil Məmmədov
Virtualaz.org