Mingəçevir şəhərində intihara cəhd olub.
Nyus.Az "Report" a istinadən xəbər verir ki, hadisə şəhərin Bağlar yaşayış massivində qeydə alınıb.
Belə ki, şəhər sakini, 1966-cı il təvəllüdlü S.D özünü öldürmək məqsədilə eyni vaxtda 20 müxtəlif həb içib. Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Onun hansı səbəbdən bu addımı atdığı məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Nyus.Az