Müğənni Roza Zərgərli "Hər şey daxil" verilişinin çəkilişi üçün Lvova yollanıb.
Nyus.Az axşam.az-a istinadən bildirir ki, sənətçinin səfər zamanı halı pisləşib. Həkimlərin müdaxiləsindən sonra R.Zərgərli özünə gəlib. Sənətçi görüntüsünü sosial şəbəkədə paylaşaraq "Kənardan hər sahə asan görünür, amma kadr arxasında hər şey bir başqadır" sözlərini yazıb.
R.Zərgərlinin prodüseri əməkdaşımızla söhbətində bildirib ki, sənətçinin vəziyyəti hazırda yaxşıdır:
"Roza Zərgərli indi evindədir, hər şey yaxşıdır. Sadəcə təzyiqində problem olub".