DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Qədimkənd kənd sakini Zöhrab Hüseynov saxlanılıb.
DİN-in mətbuat xidmətindən Musavat.com-a verilən xəbərə görə, RPŞ-nin əməkdaşları tərəfindən Qədimkənd ərazisində ona məxsus kultivasiya yolu ilə yetişdirilmiş 62 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı Neftçala RPŞ-də araşdırma aparılır.
Nyus.Az