Bakının Nizami rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Nyus.Az report.az-a istinadən bildirir ki, mikroavtobus 8-ci kilometr qəsəbəsində yol kənarında dayanmış 1967-ci il təvəllüdlü Babayeva Gülnarə Rəşad qızının ayağının üzərindən keçib.
Qadın ayağından xəsarət alaraq 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Fakt Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.