Qubada qətl törədilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, aprelin 17-də Quba rayonunun Qırmızı Slaboda qəsəbəsində yerləşən qəbristanlıqda qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mişi Miqirov həmyerlisi Şüşan Sumxayevanı döyüb.
Nəticədə xəstəxanaya yerləşdirilmiş Ş.Sumxayeva orada ölüb.
M.Miqirov Quba RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.
virtualaz.org