Əfqanıstan-Pakistan sərhədində baş verən atışma nəticəsində 5 nəfər ölüb.
Bu barədə 1TV-yə Əfqanıstan ordusunun rəsmisi Bəsir Xan bildirib. Onun sözlərinə görə, Pakistan hərbçiləri Xost əyalətində yerləşən nəzarət-keçid məntəqəsini ələ keçirməyə cəhd ediblər. Sərhədçilər arasında baş verən atışma zamanı 3 Pakistan və 2 Əfqanıstan hərbçisi həlak olub.
Məlumata əsasən, silahlı qarşıdurma dörd saat davam edib.