Gəncədə yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, şəhərin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində ümumi sahəsi 36 m² olan mənzilin döşəməsi 1 m² sahədə və giriş qapısının taxtadan ibarət çərçivəsi qismən yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
Nyus.Az