Cəlilabadda iki nəfərin ölümü və iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Nyus.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə rayonun Alar kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Niva” markalı minik avtomobilinin aşması nəticəsində 2 nəfər (Həsənov Niyaməddin Gülməmməd oğlu və Həsənova Könül Səlim qızı) ölüb, daha 2 nəfər isə yaralanıb.
Yaralılar Cəlilabad Müalicə Diaqnostika Mərkəzinə çatdırılıblar. Onlardan birinin şəxsiyyəti artıq dəqiqləşdirilib. Bu, Abdullayev Adil Mehman oğludur.
Faktla bağlı araşdırma aparılır.
Nyus.Az