Bakıda, Xəzərin qumlu sahilindəki "Sea Breeze" istirahət mərkəzində "Jara-2018" Beynəlxalq Musiqi Festivalının üçüncü gününün konsert proqramı təqdim edilir.
Nyus.Az bildirir ki, bu gün səhnədə "Leninqrad" qrupunun konserti olacaq. Eləcə də A`Studio, Dan Balan, Elvira T, Jah Khalib, MONATIK, MOZGI, Aleks Malinovski, Aleksandr Panayotov, Aleksandros Tsopozidis, Aleksey Çumakov, Ani Lorak, Band`Eros, Qlyuk'oza, Qriqori Leps, Djiqan, İrina Dubtsova, Karina Xvoynitskaya, Kravts, Lolita, Mari Kraymbreri, Nastasya Samburskaya, Slava, Timur Rodrigez, Yulianna Karaulova, Yuliya Kovalçuk və başqaları çıxış edəcəklər.
20:32
Bakıda, Xəzərin qumlu sahilindəki "Sea Breeze" istirahət mərkəzində "Jara-2018" Beynəlxalq Musiqi Festivalının üçüncü gününün konsert proqramı təqdim edilir.
Coşqun musiqi, Xəzər sahilinin füsunkar mənzərəsi bir məkanda birləşərək, həm festival iştirakçılarına, həm də tamaşaçılara unudulmaz anlar yaşadır. "Jara" bu isti iyul günlərində Bakının mədəni həyatına özünəməxsus hərarət gətirir. Bənzərsiz ifalar, sürpriz duetlər, yeni aranjimanlar, maraqlı performanslar, hərarətli alqışlar...
Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, bu gün səhnədə "Leninqrad" qrupunun konserti olacaq. Eləcə də A`Studio, Dan Balan, Elvira T, Jah Khalib, MONATIK, MOZGI, Aleks Malinovski, Aleksandr Panayotov, Aleksandros Tsopozidis, Aleksey Çumakov, Ani Lorak, Band`Eros, Qlyuk'oza, Qriqori Leps, Djiqan, İrina Dubtsova, Karina Xvoynitskaya, Kravts, Lolita, Mari Kraymbreri, Nastasya Samburskaya, Slava, Timur Rodrigez, Yulianna Karaulova, Yuliya Kovalçuk və başqaları çıxış edəcəklər.
Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, "Russkoye radio"nun və "Qızıl qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikovdur.
Nyus.Az