43 yaşlı aktrisa Penelopa Krus 49 yaşlı aktyor həyat yoldaşı Xavyer Bardemlə "Eskobar" kriminal dramının premyerasına qatılıb.
Nyus.Az axşam.az-a istinadən bildirir ki, cütülk qırmızı xalıda fotoqraflara poz verib. Penelopa premyera üçün "Versace"dən dəri gödəkcə və mini ətək geyinib.
Qeyd edək ki, Krus filmdə həyat yoldaşı Bardemlə birlikdə çəkilib. Ekran işində jurnalist Virxiniya Valyexonun obrazını canlandıran Penelopa narkobaron "Pablo Eskobara (Xavyer Bardem) aşiq olur və hadisələr də bundan sonra cərəyan edir.