Berlinin şərqində yanaşı duran beş çoxmərtəbəli binalarda 1 200 kv.m-də yanğın olub.
Nyus.Az Trend-ə istinadən bildirir ki, bu barədə Almaniya paytaxtının yanğın xidməti "Twitter" səhifəsində xəbər yayıb.
"Yaxınlıqda yerləşən beş çoxmərtəbəli binaların 1200 kv.m-də dam örtükləri yanıb. Sakinlər arasında zərər çəkmiş olmayıb. Əməliyyat xidmətlərinin bir əməkdaşı xəsarət alıb", - məlumatda bildirilir.
Nyus.Az