ABŞ-ın Siettl şəhərində naməlum şəxs atəş açıb, 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Nyus.Az Trend-ə istinadən bildirir ki, bu barədə şəhər polis idarəsinin "Twitter" səhifəsində bildirilib.
Məlumata əsasən, şübhəli şəxs hadisə yerindən qaçıb. Hazırda o hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarılır.
Atışma turistlər arasında populyar olduğu yerdə açılıb. 9 və 55 yaş arasındakı 5 yaralı xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.
Nyus.Az