Əfqanıstanın Pərvan əyalətində partlayış baş verib.
Nyus.Az Trend-ə istinadən xəbər verir ki, partlayış Bəhram rayonunda NATO-nun avtomobil karvanı yaxınlığında olub.
Bildirilir ki, partlayıcı maddələrlə doldurulmuş avtomobil partladılıb.
Məlumata əsasən, insident nəticəsində ölənlər və yaralananlar ola bilər. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.
Nyus.Az