Əfqanıstanda daha bir ABŞ hərbçisi həlak olub.
Nyus.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, 34-yaşlı serjant Elis Barreto Ortis sentyabrın 5-i Kabulda əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olub.
Məlumata əsasən, həlak olan hərbçi "Azadlıq keşikçisi" əməliyyatında iştirak edirmiş.
Nyus.Az