Dünyanın ən populyar onlayn platforması olan Netflix abunəçilərinə Hollywood istehsallı məhsulları təqdim edərək izləyici kütləsini genişləndirməyə nail oldu.
Nyus.Az chip.az-a istinadən bildirir ki, "La Casa de Papel" kimi yerli məhsulların beynəlxalq səviyyədə yayımlanması "Netflix"i hazırki vəziyyətə gətirib çıxarıb. Netflix geridə qoyduğumuz fevral ayında Çinin yerli istehsalı "The Wandering Earth"in yayım haqqlarını satın alır. Yerli bir istehsal üçün böyük büdcəni əhatə edən "The Wandering Earth" 10 min xüsusi efekt səhnəsini və 2,000 xüsusi efektli çəkiliş ilə Çində görməyə alışmadığımız üslubda elmi-fantastika filmini təqdim edir.
"Netflix" "The Wandering Earth"i siyahısına əlavə edərək Çindəki abunəçilərinin sayını artırmağı hədəfləyir. Şirkət eyni zamanda "The Wandering Earth" u 29 müxtəlif dilə çevirərək 190 ölkədə izlənilməsini mümkün etmişdir. Bu proses Çin kinosu və "Netflix" üçün vacib faktorlardandır.
" "Endgame" və ya "Kapitan Marvel" kimi filmlərdən sonra "The Wandering Earth" haqqında eşitməmiş ola bilərsiniz. Ancaq inanılmaz büdcələrə malik olan Hollywood istehsallarını bir kənara yığsaq"The Wandering Earth" 2019-cu ilin üçüncü ən yüksək hasilata malik filmidir"
Nyus.Az