Hələbin Əl-Xalidiyyə rayonunda terrorçuların açdığı atəş nəticəsində 11 nəfər ölüb.
Nyus.Az Trend-ə istinadən bildirir ki, minomyot mərmiləri rayonun Nil küçəsində bazarda düşüb. "Raketlərdən biri Milli bazarda düşüb", - deyə polis bildirib.
Polisin məlumatına görə, hadisə nəticəsində həmçinin 11 nəfər yaralanıb.
Qeyd edək ki, Hələbin qərb hissəsində yerləşən silahlı dəstələri mütəmadi olaraq şəhərin yaşayış məhəllələrini əldəqayırma raket və minaatanlarla atəşə tutur.
Nyus.Az