Qazaxıstan və Özbəkistan sərhədində zəlzələ baş verib. Trend-in məlumatına görə, zəlzələnin gücü 4.7 bal təşkil edib.
Zəlzələnin episentri Sarıağac şəhərindən 17 km qərbdə və Daşkənddən 28 km şimal-qərbdə, ocağı isə 30 km dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Nyus.Az