120-dən çox insan Sudanın Qərbi Darfur vilayətinin paytaxtı Əl-Qeneyna şəhərində millətlərarası qarşıdurmanın qurbanı oldu.
Nyus.Az Trend-ə istinadən bildirir ki, göstərilən vilayət həkimlərinin həmkarlar ittifaqının məlumata görə, ötən şənbə günü başlayan qarşıdurmalar nəticəsində 129 nəfər öldü, 198 nəfər yaralandı.
Qərbi Darfur vilayətinin qubernatoru Məhəmməd əd-Dum "şəhərdə təhlükəsizlik baxımından vəziyyətinin çətin olduğunu" deyib. Qubernator Sudan ordusunun 75 maşınının sabitliyi bərpa etmək üçün vilayətə gəldiyini və daha 50 maşının gəlməsinin gözlənildiyini də qeyd etdi.
Nyus.Az