Qırğızıstan parlamenti Prezident Sooronbay Jeenbekovun impiçment prosedurunu başladıb.
Nyus.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə müxalif "Ata-Meken" partiyasından olan deputat Kanıbek İmanəliyev bildirib.
"Deputatların bir qismi impiçmenti imzalayıblar. Bu, çox mürəkkəb prosedurdur, amma onun başladığını demək olar", - o deyib.
Buna qədər Bişkekdə parlament seçkilərinin nəticələri ilə razılaşmayan etiraz aksiyasının iştirakçıları Qırğızıstan Prezidentinin impiçmentini tələb etmişdi.
Qeyd edək ki, ölkədə davam edən etiraz aksiyaları fonunda artıq Baş nazir, parlament spikeri, dörd vilayətin qubernatoru, Bişkek meri və bir sıra digər məmurlar istefa verib.
Nyus.Az