Yeni növ koronavirusa (COVİD-19) qarşı peyvənd, hansı dövlətdə hazırlanacağından asılı olmayaraq bütün bəşəriyyətə məxsus olmalıdır.
Nyus.Az Trend-ə istinadən bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 75-ci sessiyasının iştirakçılarına müraciətində deyib.
Türkiyə Prezidenti bir daha dünya cəmiyyətini koronavirusa qarşı peyvəndin hazırlanmasında və istehsalındakı rəqabətdən imtina etməyə çağırıb.
Nyus.Az