Fransa hökuməti 8-10 gün ərzində çox çətin qərarlar qəbul etmək məcburiyyətində qalacaq. Virusla bağlı yanlışlıqlar edilir. Riyazi hesablamalara görə, qarşıdan gələn həftələrdə Fransanın müəyyən bölgələri reanimasiya şöbələrində çarpayı qıtlığı səbəbindən çətin vəziyyətlə üzləşəcək.
Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Fransada COVID-19 epidemiyası ilə bağlı yaradılmış elmi şuranın sədri Fransua Delfressi deyib.
Eyni zamanda, elmi şura koronavirus epidemiyası ilə bağlı karantin müddətini azaltmağı da təklif edib. Şuranın hökumətə göndərdiyi rəydə karantin müddətinin 14 gündən 7 günə azaldılması irəli sürülüb.
Bildirilib ki, Sars-CoV-2 virusuna yoluxan şəxs klinik əlamətlər ortaya çıxdıqdan 2 gün əvvəl və 5 gün sonra virusa yoluxdurur. Çox nadir halda 8 gündən sonra yoluxma halı qeydə alınıb.
Elmi şuranın bu qərarı iki gündən sonra Müdafiə və Milli Təhlükəsizlik Şurasında da müzakirə olunacaq.
Nyuz.Az