Ötən sutka ərzində Moskvada koronavirusa yoluxan daha 73 xəstə ölüb.
Nyus.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə koronavirus ilə bağlı vəziyyətə nəzarət etmək və monitorinq üzrə əməliyyat qərargahından bildiriblər.
Məlumatda deyilir: "Moskvada sətəlcəm diaqnozu qoyulan və koronavirus infeksiyası üçün edilən testi müsbət çıxan 73 xəstə ölüb".
Ümumilikdə paytaxtda 2183 nəfər koronavirusdan ölüb.
Nyus.Az