Azərbaycanda ən çox şikayət edilən tikinti şirkətləri - SİYAHI
Ötən il vətəndaşlar tərəfindən Prezident Administrasiyasına tikinti şirkətlərinin fəaliyyəti ilə bağlı çoxsaylı müraciətlər göndərilib. İl ərzində 100-dən çox tikinti şirkətindən şikayətlər daxil olub.
Nyus.Az.Az oxu.az-a istinadən xəbər verir ki, bu və digər məsələlər Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun məqaləsində öz əksini tapıb.
S.İsmayılovun sözlərinə görə, vətəndaşlar bəzi tikinti şirkətlərində müqavilə şərtlərinə riayət edilməməsindən, aldıqları mənzillərin başqalarına satılması ilə bağlı müraciət edirlər:
"İl ərzində 100-dən çox tikinti şirkəti tərəfindən çoxmərtəbəli yaşayış binalarının inşasında müvafiq norma və qaydalara, həmçinin müqavilə şərtlərinə riayət edilməməsindən, tikinti işlərinin vaxtında yekunlaşdırılmamasından, bəzi şirkətlərin mənzilləri iki və daha artıq şəxsə satmasından, kompensasiya verilmədən söküntü işlərinə başlanılmasından və ya kompensasiyaların az olmasından, təsdiq edilmiş layihədən kənara çıxılmasından, binaların təhlükə törədəcək dərəcədə yaxın məsafədə tikilməsindən, yaşayış komplekslərinin idarə edilməsindəki bəzi çatışmazlıqlardan, aldıqları mənzillərin başqalarına satılmasından şikayət ediblər.